İsrail ordusu Yəmən limanlarını hədəfə alıb

İsrail ordusu Yəmən limanlarını hədəfə alıb
  16 May 2025    Oxunub:306
İsrail Hərbi Hava Qüvvələri Yəməndə “Ənsar Allah” hərəkatının istifadə etdiyi infrastrukturu məhv etmək məqsədilə iki limana zərbələr endirib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələr husilərin nəzarətində olan əl-Hodeyda əyalətinin Qırmızı dəniz sahilində yerləşən Hodeyda və əs-Salif limanlarına endirilib.

İsrail tərəfinin məlumatına görə, bu limanlar üsyançılar tərəfindən silahların daşınması üçün istifadə edilir.

AzVision.az





Teqlər:





Xəbər lenti