Paşinyan və Makron Tiranada görüşüblər

"Fransa prezidenti Emmanuel Makronla məhsuldar görüş", - Ermənistanın baş naziri qeyd edib.
Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib ki, tərəflər regional və beynəlxalq prosesləri müzakirə ediblər, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.
Fransa prezidenti Parisin sülh prosesinə sarsılmaz dəstəyini bir daha vurğulayaraq qeyd edib ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bütövlükdə regional əməkdaşlıq üçün həyati əhəmiyyət kəsb edir.
AzVision.az
Teqlər: