Dövlət qulluqçularının reyestrinin aparılması Qaydası təsdiqlənib

   Dövlət qulluqçularının reyestrinin aparılması Qaydası təsdiqlənib
  17 May 2025    Oxunub:316
“Dövlət qulluqçularının reyestrinin aparılması Qaydası” təsdiq olunub.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Eyni zamanda “Dövlət qulluqçularının reyestri” informasiya ehtiyatı haqqında Əsasnamə ” təsdiq edilib.

Reyestrin sahibi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, operatoru Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzidir.

Dövlət orqanları və publik hüquqi şəxslər struktur qurumlarında qulluq keçən dövlət qulluqçuları, stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər barəsində (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər istisna olmaqla) və dövlət qulluqçusuna dair məlumatların “Dövlət qulluqçularının reyestri” informasiya ehtiyatına ötürülməsini və (və ya) daxil edilməsini altı ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat veməli, məlumatların mütəmadi yenilənməsini təmin etməlidirlər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Dövlət İmtahan Mərkəzi: ryestrin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görməlidir. Eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Reyestrin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Reyestrin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.

AzVision.az




Teqlər: Dövlət   qulluqqçular   Reyestr  





Xəbər lenti