Tramp: "Baydenə görə kədərlənirəm"

      Tramp:    "Baydenə görə kədərlənirəm"
  19 May 2025    Oxunub:479
ABŞ Prezidenti Donald Tramp siyasi rəqibi və sələfi Co Baydenə prostat xərçəngi diaqnozu qoyulması xəbərindən "kədərləndiyini" söyləyib.
O bu barədə özünün "Truth" hesabında yazıb. O həm özünün, həm də həyat yoldaşı Melanyanın adından Bayden ailəsinə "ən səmimi arzularını çatdırdığını, sələfinin tezliklə sağalmasını dilədiyini" vurğulayıb.

Maraqlıdır ki, Donald Tramp sabiq prezident Co Baydenin tez-tez baş verən koqnitiv narahatlıqlarına görə onu dəfələrlə lağa qoyurdu.

"The New York Times" qəzeti Co Baydenin mətbuat katibinə istinadən məlumat yayıb ki, ona prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub. 82 yaşlı Bayden 2024-cü ildə prezidentlik yarışını da məhz səhhətindəki narahatlıqlar səbəbindən buraxmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   prezident   xərçəng   diaqnoz  





Xəbər lenti