Məhv edilmiş yaşıllıq sahəsi bərpa olunub

“Əraziyə keçirilən baxış zamanı yaşıllıq sahədə bir müddət öncə ağır texnika vasitəsilə qazıntı işlərinin aparıldığı və nəticədə 64 ağacın məhv edildiyi və zədələndiyi müəyyən edilib. Araşdırma zamanı təbiətə 13700 manat məbləğində ziyan dəydiyi məlum olub”.
İdarə rəisinin sözlərinə görə, faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.
“Baş verən hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə idarə əməkdaşlarının təşəbbüsü ilə yaşıllıq sahədə iməcilik təşkil olunub, ərazi tullantılardan təmizlənib və məhv edilmiş ağacların əvəzinə dibçəklərdə yetişdirilən 60-dan çox şam ağacı əkilərək yaşıllıq sahəsi bərpa olunub”.
AzVision.az
Teqlər: