Lavrov İrəvana gedir

   Lavrov İrəvana gedir
  19 May 2025    Oxunub:412
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Ermənistana səfərə yollanacaq.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Lavrov ikigünlük səfər çərçivəsində həmkarı Ararat Mirzoyan, Baş nazir Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla görüşəcək. Onlar ikitərəfli və regional məsələlər ətrafında müzakirələr aparacaqlar.

Görüşlərin gündəliyinə əsasən, ölkələr arasında əməkdaşlığın inkişaf perspektivləri, həm Avrasiya üzrə, həm də beynəlxalq təşkilatlarda (ilk növbədə BMT-də) qarşılıqlı əlaqələr, eyni zamanda, Ermənistanın Azərbaycanla və Türkiyə ilə münasibətlərinin normallaşması prosesləri ətrafında fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində həmçinin 2025-2026-cı illər üçün Nazirliklərarası Məsləhətləşmələr Planının imzalanması da nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Ermənistan   nazir   səfər  





Xəbər lenti