Mayın 13-də təxliyənin elan edildiyi Novaya Slobodadan ikisi uşaq olmaqla 75 nəfər çıxıb. Kənddə 24-ü uşaq olmaqla 274 nəfər sakin qalıb.
“Evi tərk etmək emosional cəhətdən çətin bir qərardır. Amma qalmaq həyatını riskə atmaqdır. Təxliyyə elan edilən icmaların sakinlərini yenə də təhlükəsiz ərazilərə getmək qərarına gəlməyə çağırıram”, - Oleq Qriqorov “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
![]() |
Bloomberg: “Putin Ukraynanın 4 vilayətini tam tutmaq istəyir” |
Qeyd edək ki, bu arada Rusiya prezidentinin mövqeyi ilə tanış olan mənbəyə istinadən “Bloomberg” agentliyinin yazdığına görə, Putin onun qoşunlarının ilin sonuna qədər Ukraynanın müdafiəsini yararaq Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərində tam nəzarəti ələ keçirə biləcəyinə əmindir.
Sahil İsgəndərov
AzVision.az