“İkitərəfli formatda müvafiq memorandum ola və bunun nəticəsində xəritə formalaşa, sonra isə iki tərəf arasında atəşkəs haqqında saziş bağlana bilər”, - Zelenski keçirdiyi brifinqdə açıqlayıb.
Ukrayna lideri gələcək memorandumun təfərrüatlarının hələlik ona məlum olmadığını söyləyib. Amma əgər Rusiya tərəfi memorandum təklif edərsə, Kiyev də müvafiq siqnalları aldıqdan sonra ruslardan memorandum və ya təklifləri aldıqdan sonra öz baxışını formalaşdıra biləcək.
Onun sözlərinə görə, ABŞ prezidenti memorandumun atəşkəsdən əlavə, gələcək nizamlanma planlarını formalaşdıracağını da vurğulayıb.
Putinin əslində Ukraynanın NATO-ya üzv olmamasını nəzərdə tutan “münaqişənin əsas səbəblərini aradan qaldırmaq” tələbinin cavabında Zelenski bildirib ki, Ukraynanın statusu ölkə Konstitusiyasında yazılıb. Ukrayna Konstitusiyası isə ölkənin NATO-ya daxil olması kursunu evtiva edir.
![]() |
Avropa liderləri çaşqınlıq içindədir | VİDEO |
- Mən ilk addım kimi atəşkəsin yaranmasını istərdim ki, Rusiya bu müharibəni bitirməyə real hazır olduğunu nümayiş etdirsin. Ukrayna ərazisi olan 5 vilayətdən imtinaya və Ukrayna ordusunun bizim ərazilərdən çıxarılmasına gəldikdə isə, bu, heç vaxt olmayacaq. Biz bununla razılaşa bilmərik. Ərazi bütövlüyümüz məsələsi bizim qırmızı xəttimizdir” , - Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Kiyev yenidən bütün komandaların - ABŞ, Ukrayna, Rusiya və Avropa ölkələrinin görüşünün keçirilməsi imkanını nəzərdən keçirir. Belə bir görüş Türkiyədə, Vatikanda və ya İsveçrədə baş tuta bilər.
Xatırladaq ki, dünən ABŞ lideri Donald Tramp rusiyalı həmkarı Valdimir Putinlə iki saatdan çox telefon söhbətindən sonra Moskva və Kiyevin tezliklə danışıqlara başlayacağını açıqlayıb. Onun sözlərinə görə, Putinlə danışıqlar “yaxşı” keçib və “bəzi irəliləyişlər” əldə olunub.
Sahil İsgəndərov
AzVision.az