Sabah Bakıda hava yağmursuz olacaq

Sabah Bakıda hava yağmursuz olacaq
  20 May 2025    Oxunub:313
Bakıda və Abşeron yarımadasında mayın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti