Ərdoğan yeni Konstitusiya vəd edir

   Ərdoğan yeni Konstitusiya vəd edir
  20 May 2025    Oxunub:324
Türkiyə “çevriliş öncəsi” Konstitusiyanın diktəsi ilə artıq inkişaf edə bilməz.
AzVision.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident Kitabxanasında gənclər və idmançılarla görüşündə çıxışı zamanı ölkə Konstitusiyanın yenilənməsinin vacib olduğunu vurğulayıb.

“Demokratik islahatlardan əvvəlki dövrdə yaradılmış hazırkı əsas qanun dövrün çağırışlarına cavab vermir. Siz gənclərlə birlikdə müasir dövrün ruhuna, gələcək nəsillərin ehtiyaclarına cavab verəcək yeni Konstitusiya yaradacağıq”, - Türkiyə lideri deyib.

Ərdoğan həmçinin Türkiyənin inamla irəlilədiyini, yeni uğurlar qazandığını diqqətə çatdıraraq, ölkənin tezliklə terror təhlükəsindən tamamilə xilas olacağına əminliyini ifadə edib.

- Sizə terrordan azad bir Türkiyə qoyacağıq. Bundan sonra Türk yüzilliyinin həyata keçirilməsi daha da sürətlə davam edəcək. Əvvəllər qeyri-sabitlikdən əziyyət çəkən bölgələr indi sülh və əmin-amanlıq tapır”, - Türkiyə Prezidenti vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan ölkənin daxili təhlükəsizliyinin möhkəmləndirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ərdoğan   Konstitusiya  





Xəbər lenti