Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar keçən ayın əvvəlində yenidən başlayıb. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilir. İndiyədək danışıqların dörd mərhələsi baş tutub.
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bu gün yerli mətbuata açıqlamasında nüvə proqramı üzrə danışıqların yeni mərhələsinin vaxtı və yeri ilə əlaqədar Vaşinqtondan təklif aldığını dilə gətirib. O deyib ki, ABŞ-nin təklifi nəzərdən keçirilir.
![]() |
Xamenei danışıqlara şübhə ilə yanaşır |
İranın ali dini lideri Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şəmxani isə keçən günlərdə "NBC News" telekanalına müsahibəsində bildirmişdi ki, İran iqtisadi sanksiyaların ləğvi müqabilində ABŞ ilə nüvə proqramı üzrə saziş imzalamağa hazırdır. Hərçənd maraqlıdır ki, Xamenei özü danışıqların uğurla nəticələnəcəyinə inanmadığını vurğulayıb.
Firudin Həmidli
AzVision.az