Ağ Ev 200 min ukraynalını ABŞ-dən çıxarmağa hazırlaşır - VİDEO

   Ağ Ev 200 min ukraynalını ABŞ-dən çıxarmağa hazırlaşır    - VİDEO
  20 May 2025    Oxunub:337
Donald Trampın administrasiyası ABŞ-dəki 200 mindən çox ukraynalı da daxil olmaqla yüz minlərlə mühaciri deportasiya etmək planı hazırlayıb.
AzVision.az xəbər verir ki, Ağ Evin daxili sənədlərinə istinad edən “Washington Post (WP)” nəşri belə məlumat yayıb.

“Tramp administrasiyası 700 min ukraynalı və haitili miqrant da daxil olmaqla, aktiv münaqişə zonalarından insanların deportasiyası və geri qaytarılmasını maliyyələşdirmək üçün 250 milyon avroya qədər xarici yardımdan istifadə etməyi planlaşdırır”, - qəzet yazır.

Sudan, Əfqanıstan, Yəmən, Liviya və digər ölkələrin vətəndaşları da deportasiya oluna bilər. Nəşrin iddiasına görə, təşəbbüs bu cür prosedurları əlaqələndirən Beynəlxalq Miqrasiya Təşkilatından (IOM) yan keçə bilər.

Bundan əvvəl Donald Tramp 2026-cı ilin büdcə təklifində miqrant və qaçqınların yerləşdirilməsi proqramlarının maliyyələşdirilməsini dayandırmağı təklif edib. Eyni zamanda, o, qeyri-qanuni mühacirləri dəstəkləyən şəhərləri puldan məhrum etmək qərarına gəlib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   ukraynalılar   deportasiya  





Xəbər lenti