“Avto.Mail.Ru” portalının məlumatına görə, Rusiyanın Federal Məhkəmə İcraçıları Xidmətinin (FMİX) Solntsevo şöbəsi “QAZ Group”un iddiası əsasında paytaxtın ən böyük “Porsche” avtosalonunu - Leninqradskoye prospektində yerləşən “Porsche Center Moskou” satış mərkəzini və alman avtomobil istehsalçısına məxsus eyniadlı hüquqi şəxsi həbs edib.
“Həbs “QAZ Qroup” strukturları tərəfindən “Porsche AG”nin sahibi olan Almaniyanın “Volkswagen” konserni ilə müqavilə çərçivəsində montaj üzrə keçmiş partnyora qarşı 16,9 milyard rubl təzminat iddiası çərçivəsində qoyulub”, - məlumatda deyilir.
Məhkəmənin qərarı avtosalonun kapitalının 100% -nə (nominal dəyəri 10,2 milyon rubl) həbs qoyulmasını nəzərdə tutur.
Nəşr xatırladıb ki, “Porsche Center Moskva” avtosalonu 2007-ci ildə açılıb və Rusiyanın ən böyük rəsmi “Porsche” dilerlərindən birinə çevrilib. Bu aktiv, Rusiya distribyutoru “Porsche Russland” MMC vasitəsilə birbaşa Almaninyanın avtomobil nəhəngi “Volkswagen” Qrupunun bir hissəsi olan “Porsche AG”-yəyə məxsusdur.
Bundan əlavə, məhkəmə icraçıları avtokonsernin Rusiyadakı maliyyə törəməsi olan “Porsche Financial Services Russia” MMC-yə də oxşar həbs tətbiq edib.
Moskva Arbitraj Məhkəməsinin işlə bağlı materiallarına əsasən, distribyutor hakimin qərarına etiraz etməyə çalışsa da, kifayət qədər əsas tapa bilmədiyinə görə onun iddiası rədd edilib.
Digər məsələlərlə yanaşı, məhkəmə icraçıları “Volkswagen Group”a “Porsche Center Moskva”nın nizamnamə kapitalındakı paylarını özgəninkiləşdirməyi, “Porsche Russland”a isə Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinə (USRLE) hər hansı dəyişiklik etməyi qadağan ediblər.
“Porsche”nin Rusiya ofisi şirkətin bu ölkədəki aktivlərinə qarşı məhkəmə sanksiyalarını təsdiqləyib.
- 2025-ci ilin yanvarında Məhkəm Pristavları Federal Xidməti (FMİX) “Porsche Russland” MMC, “Porsche Center Moscow” MMC və “Porsche Financial Services Russland” MMC-nin səhmlərinin özgəninkiləşdirilməsinə qadağa qoyub”, - şirkətdən “Gazeta.Ru” nəşrinə bildiriblər.
Bununla belə, distribyutor qeyd edib ki, qadağa “Volkswagen AG”yə qarşı iddianın təminat tədbiri kimi qoyulub və bu, “Porsche” səhmlərinin və ya əmlakının mülkiyyət hüququnun üçüncü şəxslərə verilməsi demək deyil.
Şirkətin Rusiyadakı distribyutoru “Porsche Russland”ın mətbuat xidmətinin məlumatına görə, yaranmış vəziyyət avtomobil istehsalçısı bu ölkədəki fəaliyyətini saxlayacaq.
"2025-ci il mayın 19-u tarixinə FMİX-in qərarlarından şikayət verilib. Bu vəziyyətin Rusiyadakı “Porsche Şirkətlər Qrupu”nun əməliyyat fəaliyyətinə heç bir təsiri yoxdur”, - avtokonsernin Rusiyadakı rəsmi nümayəndəsi Oksana Xartonyuk iddia edib.
Qeyd edək ki, digər Qərb istehsalçıları kimi “Porsche “ də geosiyasi vəziyyət fonunda 2022-ci ilin martında Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb.

2022-ci ilin əvvəlində şirkət Rusiyanın 20 şəhərində 26 diler şirkəti ilə təmsil olunurdu. Ümumilikdə, 2021-ci ildə Rusiyaya təxminən 6,3 min avtomobil gəlib və ən populyar model “Cayenne” krossoveri olub.
2023-cü ilin martında “Volkswagen” müstəqil investorla “Porsche”nin Rusiyadakı üç törəmə şirkətini satmaq üçün müqavilə bağladığını elan etdi. Müqavilənin həmin ilin birinci rübündə tamamlanacağı gözlənilirdi.
Bununla belə, 2025-ci ilə qədər “Porsche”nin törəmə şirkətləri Rusiyada fəaliyyətini davam etdirib və hələ də alman hüquqi şəxsləri kimi qeydiyyatdan keçiblər.
Sahil İsgəndərov
AzVision.az