Sudan paytaxt Xartumu üsyançılardan tamamilə azad edib

“Bu gün bəyan edirik ki, Xartum əyalətini Daqlo birləşmələrinin (ÇCQ – red.) mövcudluğundan tamamilə təmizləmişik”, - bəyanatda qeyd olunur.
Xatırladaq ki, martın sonunda Sudan Silahlı Qüvvələri ölkənin paytaxtı Xartumu ÇCQ-nin üsyançı birləşmələrindən tam azad etdiklərini və üsyançıların şəhər ətrafında olan mövqelərinə hücumu davam etdirdiklərini elan etmişdi. Üsyançılar isə aprelin birinci yarısında ölkənin cənubunda və qərbində, xüsusən də Darfur və Kordofan bölgələrində hərbi əməliyyatları gücləndirmiş, nəzarəti altında olan ərazilərdə öz hökumətlərini formalaşdırdıqlarını bəyan etmişdilər. Hər iki tərəf bir-birini dinc sakinləri öldürməkdə ittiham edir.
Qeyd edək ki, Sudanda 2023-cü il aprelin 15-dən bəri Məhəmməd Həmdan Daqlonun komandanlığı altında Çevik Cavab Qüvvələri ilə nizami ordu arasında şiddətli döyüşlər gedir. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) xəbərdarlıq edib ki, ölkədə döyüşlərin davam etməsi xəstəliklərin yayılmasına və səhiyyə sisteminin iflasına səbəb ola bilər.
AzVision.az
Teqlər: