İsrail ehtiyatda olan hərbçiləri çağırmaq üçün səlahiyyətləri genişləndirir

İsrail ehtiyatda olan hərbçiləri çağırmaq üçün səlahiyyətləri genişləndirir
  20 May 2025    Oxunub:212
İsrail parlamentinin (Knesset) Xarici Əlaqələr və Müdafiə Komitəsi hökumətin İsrail Müdafiə Qüvvələrinə (IDF) ehtiyatda olan hərbçiləri təcili çağırmaq səlahiyyətlərinin genişləndirilməsinə səs verib.
AzVision.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yazır.

Qeyd olunur ki, bu cür tədbirlər mayın 29-dək qüvvədə olacaq, bundan sonra zərurət yaranarsa, onların uzadılmasına ehtiyac yaranacaq.

İsrail parlamentindəki müxalifət lideri Yair Lapid qərarı tənqid edib. Onun fikrincə, hakim koalisiya bununla da ultra-pravoslav yəhudilərin silahlı qüvvələrə hazırlanmasını ləngitməyə və Fələstin-İsrail münaqişəsinin bütün yükünü ehtiyatda olan hərbçilərin üzərinə atmağa çalışır.

Lapid vurğulayıb ki, İsrail hərbçiləri bilməlidirlər ki, onun partiyası hər səsverməyə gələndə bu addıma qarşı çıxmağa davam edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti