“İskəndər”in zərbəsi Ukraynada qalmaqal salıb - VİDEO

   “İskəndər”in zərbəsi Ukraynada qalmaqal salıb    - VİDEO
  21 May 2025    Oxunub:404
Rusiyaya məxsus “İskəndər” raketinin Sumı vilayətinin Şostka şəhərindəki Ukrayna Silahlı Qüvvələrinin (USQ) poliqonunu vurmasından sonra Ukraynada qalmaqal yaşanır.
AzVision.az Ukraynanın “Strana.ua” nəşrinə istinadən xəbər verir ki, Ukryna ordusunun poliqonuna hücumda USQ-nin baş komandanı Aleksandr Sirski günahlandırılır. Nəşrin sitat gətirdiyi ekspertlər təlim poliqonunun niyə döyüş təmas xəttinə yaxın olması ilə maraqlanırlar.

“Daha neçə axmaq əmr verilməlidir?”, - Ali Radanın deputatı Maryana Bezuqlaya sual edib.

Blogger Sergey Naumoviç, öz növbəsində, hücum zamanı Sumı vilayətinin səmasına heç bir şəkildə nəzarət olunmadığını vurğulayıb.

Bundan əvvəl Rusiyanın Müdafiə nazirliyi məlumat Rusiya hərbi qüvvələrinin Sumı vilayətinin Şostka kəndi yaxınlığında USQ-nin 1-ci xüsusi təyinatlı briqadasının təlim düşərgəsinə “İskəndər” operativ-taktiki raket kompleksi (OTRK) ilə hücum etdiyini açıqlamışdı.

Məlumatda 20-si təlimatçı olmaqla 70-ə qədər ukraynalı hərbçinin həlak olduğu bildirilirdi. Həmçinin sursat anbarının da məhv olunduğu və 10-a qədər maşının yararsız hala düşdüyü iddia edilirdi.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   zərbə   qalmaqal  





Xəbər lenti