İlham Əliyev: "Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilib"

      İlham Əliyev:    "Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilib"
  21 May 2025    Oxunub:484
Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir.
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda Ankarada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

"2020-ci il Vətən müharibəsində qazanılmış şanlı Zəfər, 2023-cü ildə suverenliyimizin tam bərpası, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı Qərbi azərbaycanlılarda da böyük ruh yüksəkliyi yaratmış və onların daha mütəşəkkil qaydada fəaliyyət göstərməsinə imkan vermişdir. Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir", - dövlət başçısı vurğulayıb.

Prezidentin sözlərinə görə, Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir: "Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir".

AzVision.az



Teqlər:





Xəbər lenti