Pekin Moskvanın tərəfini tutub

“Çin Avropa tərəfinin Çin müəssisələrinə qarşı əsassız sanksiyaları ilə bağlı kəskin narazılığını və qəti etirazını bildirir”, - diplomat vurğulayıb.
Qeyd edək ki, mayın 20-də Avropa İttifaqı Şurası Rusiyaya qarşı yeni, 17-ci sanksiyalar paketini təsdiqləyib. 17-ci anti-Rusiya sanksiyalar paketinin qəbulundan dərhal sonra Avropa diplomatiyasının rəhbəri Kaya Kallas 18-ci sanksiyalar paketinə hazırlıq işlərinə başlanıldığını açıqlayıb. O qeyd edib ki, Aİ bu addımı Rusiyanın sülh istəməsi üçün atır.
Donald Trampla Vladimir Putin arasında baş tutan son telefon danışığının nəticələrindən məyus olan Avropa liderləri Rusiyaya qarşı tezliklə 18-ci sanksiyalar paketinin qəbul edilməsi məsələsində daha israrlıdırlar.
Sahil İsgəndərov
AzVision.az