BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müxtəlif yaş qruplarından olan uşaqların hüquqlarının təmini, habelə əvvəlki başçəkmələr zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması və verilmiş tövsiyələrin icra vəziyyətinin öyrənilməsindən ibarət olub.
Başçəkmə zamanı adıçəkilən müəssisənin bütün ərazisinə baxış keçirilib, sosial xidmətin təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Rəftar məsələlərinin araşdırılması məqsədilə müəssisə rəhbərliyi, əməkdaşlar və uşaqlarla fərdi söhbətlər aparılıb.
Yekunda müəssisənin rəhbərliyi ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı tövsiyələr verilib.
AzVision.az