"Moskva Bakı-İrəvan münasibətlərin normallaşmasına maraqlıdır"

   "Moskva Bakı-İrəvan münasibətlərin normallaşmasına maraqlıdır"
  21 May 2025    Oxunub:373
"Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli sazişlər münasibətlərin normallaşması üçün möhkəm zəmindir".
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda həmkarı Ararat Mirzoyanla görüşündə dilə gətirib. O vurğulayıb ki, Rusiya Bakı və İrəvanın münasibətlərini tənzimləmək məqsədilə səmimiyyətlə çalışır.

Lavrovun sözlərinə görə, hər iki ölkə bu, ya digər məsələlərdə: istər kommunikasiyaların bərpasında, istər sərhədin delimitasiyasında, istərsə də tərəflərin maraqları nəzərə alınmaqla humanitar məsələlərin həllində Moskvanın dəstəyinə arxalana bilər.
Lavrov Mirzoyanla görüşüb

Xatırladaq ki, Sergey Lavrov bu gün Ermənistanın paytaxtı İrəvan şəhərinə səfər çərçivəsində həmkarı Ararat Mirzoyanla görüş keçirib. Tərəflər regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması prosesləri ətrafında fikir mübadiləsi aparıblar. Danışıqların yekununda 2025-2026-cı illər üçün Nazirliklərarası Məsləhətləşmələr Planı imzalanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Ermənistan   Azərbaycan   danışıqlar  





Xəbər lenti