“Nəzərinizə çatdırım ki, Ermənistan demək olar ki, bütün müstəqilliyi dövründə, o cümlədən heç vaxt rəsmi olaraq iddia etmədiyi Azərbaycanın 7 mübahisəsiz rayonunu ələ keçirərkən Rusiya silahlarından istifadə edib”, - Rusiya diplomatiyasını rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın əvvəlki liderlərindən heç biri “Dağlıq Qarabağ”ın müstəqil qurum kimi tanınmasını təklif etməyib. Eyni zamanda, ələ keçirilən ərazilərdə onları uzun müddət əldə saxlamaq üçün nəzərdə tutulmuş istehkamlar tikildi.
![]() |
"Moskva Bakı-İrəvan münasibətlərin normallaşmasına maraqlıdır" |
Eyni zamanda, o, bildirib ki, Rusiya Ermənistana silah tədarükü ilə bağlı bütün öhdəliklərini vaxtında yerinə yetirə bilməz, lakin bir sıra sistemlər artıq İrəvana çatdırılıb.
Xatırladaq ki, Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşdə Moskvanın Bakı-İrəvan münasibətlərini tənzimləmək üçün səmimiyyətlə çalışdığını iddia edib.
Sahil İsgəndərov
AzVision.az