İsrailə 7 oktyabr hücumunun daha bir iştirakçısı öldürülüb

İsrailə 7 oktyabr hücumunun daha bir iştirakçısı öldürülüb
  21 May 2025    Oxunub:356
2023-cü ilin 7 oktyabrında İsrailə qarşı hücumun iştirakçılarından biri, Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının ali rütbəli üzvü Məhəmməd Şahin gecə saatlarında Qəzza zolağının şimalına endirilən aviazərbə nəticəsində zərərsizləşdirilib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, öldürülən terrorçu HƏMAS-ın elit "Nüxbə" qüvvələrinin Şərqi Cəbaliya Batalyonundakı nümayəndəsi idi.
İsrail Qəzzaya hava zərbəsi endirib

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında həmçinin 115-dən çox terror obyektini də sıradan çıxarıb. Onların arasında çox sayda raket qurğuları, terrorçuların məskunlaşdıqları binalar, tunellər də var.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   müharibə  





Xəbər lenti