İrəvan Aİ-yə arxa çevirir?

   İrəvan Aİ-yə arxa çevirir?
  21 May 2025    Oxunub:337
Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması məsələsi hazırda aktual deyil.
xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla İrəvanda keçirdiyi mətbuat konfransında belə deyib.

“Ermənistan Avropa İttifaqına daxil olmaq üçün müraciət etməyib, bu istiqamətdə danışıqlar aparılmır və müvafiq şəkildə, bu istiqamətdə yarana biləcək sual aktual deyil”, - Mirzoyan bildirib.

Xatırladaq ki, martın 26-da Ermənistan parlamentinin deputatları ikinci və yekun oxunuşda ölkənin Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanun qəbul ediblər. Baş nazir Nikol Paşinyan diqqətə çatdırıb ki, bu, İrəvanın Aİ-yə qoşulması prosesinin avtomatik başlaması demək deyil, çünki bu məsələ referendum tələb edir. Ararat Misrozyan isə, qanun layihəsinin lazımi sayda imza toplayan ictimai təşəbbüs olduğunu vurğulayıb.

Moskvanın gecikmiş etirafı
Moskva, öz növbəsində, bu təşəbbüsün Ermənistan üçün ciddi problemlər yaradacğı barədə İrəvana dəfələrlə xəbərdarlıq ünvanlayıb. Bu baxımdan, məhz Rusiya XİN-in rəhbəri ilə keçirdiyi birgə mətbuat konfrnasında Mirzoyanın retroqrad xarakterli bəyanatı heç də təsadüfi deyil.

Halbuki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Sammiti çərçivəsində Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenlə görüşdə İrəvanın Aİ ilə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bildirib.

Yeri gəlmişkən, İrəvana səfəri çərçivəsində Sergey Lavrov bu gün Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin işğalı üçün Ermənistanın Rusiya silahlarından istifadə etdiyini bildirib.

Sahil İsgəndərov


Teqlər:   Ermənistan     dönüklük  





Xəbər lenti