Peskov Ukrayna ilə memorndumdan danışıb - VİDEO

   Peskov Ukrayna ilə memorndumdan danışıb    - VİDEO
  21 May 2025    Oxunub:320
Ukrayna ilə memorandum üzərində iş dinamik şəkildə davam edir.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.

“Heç kim prosesin gecikdirilməsində maraqlı deyil. Hamı dinamik şəkildə işləyir. Sizi məlumatlandıracağıq. Proses qapalı və diskret (hissəli) şəkildə aparılır və ictimaiyyət üçün açıq olmamalıdır”, - Kremlin sözçüsü vurğulayıb.

NYT: “Tramp Ukraynanı satdı” - VİDEO
Peskov, həmçinin bildirib ki, Moskva Ukrayna-Rusiya münaqişəsinin həllinə kömək etmək istəyən bütün ölkələrin, o cümlədən danışıqlar üçün platforma yaratmaq istəyən Vatikanın səylərini dəstəkləyir.

- Əlbəttə ki, biz ənənəvi olaraq tezliklə nizamlanmaya töhfə vermək istəyən bütün ölkələrin hazırlığını və səylərini alqışlayırıq. Amma Vatikan hələlik hər hansı konkret təklif irəli sürməyib. Ukrayna ilə danışıqların harada davam etdirilməsi ilə bağlı heç bir qərar verilməyib”, - Putinin mətbuat katibi deyib.

Hərbi əsirlərin dəyişdirilməsi məsələsinə də toxunan Peskov, Rusiyanın “minin minə” düsturuna əsasən, Ukrayna ilə hərbi əsirlərin mübadiləsinə dair İstanbulda əldə edilmiş razılaşmanı həyata keçirməyə çalışdığını bildirib.

Bundan əvvəl, Rusiya XİN-in rəsmi təçsilçisi Mariya Zaxarova Ukrayna ilə memorandum barədə tərəflərin bir çox nüanslar barədə razılığa gəlməli, nizamlanma prinsiplərini və sülh müqaviləsinin bağlanma müddətini müəyyənləşdirməli, Moskva ilə Kiyev arasında razılıq əldə olunacağı təqdirdə konkret müddətə mümkün atəşkəs rejimini yaratmalı olacaqlarını vurğulayıb.

Xatırladaq ki, ili gün əvvəl ABŞ prezidenti Donald Trampın ruisyalı həmkarı Valdimir Putinlə iki saat davam edən telefon danışığından sonra Moska və Kiyevin sülh üzrə memorandum hazırlamaq barədə razılığa gəldikləri açıqlanıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Peskov   memorandum  





Xəbər lenti