“Böyük Britaniya, Fransa və Kanadanın birgə bəyanatı mühüm siqnal oldu. Bu ölkələr İsrail rəhbərliyindən hərbi əməliyyatları dayandırmağı tələb edir və onun üçün “ciddi nəticələr” olacağı təhdidini səsələndirirlər. Eyni zamanda, Böyük Britaniya artıq İsraillə azad ticarət rejiminin yaradılması ilə bağlı danışıqları dayandırıb. Həmçinin, Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın sözlərinə görə, Avropa İttifaqı (Aİ) yəhudi dövləti ilə ticarət müqaviləsinə yenidən baxılması prosesinə başlayacaq”, - Tarur vurğulayıb.
Yeri gəlmişkən, Binyamin Netanyahu bu addımlara cavab olaraq, Böyük Britaniya, Kanada və Fransa hökumətlərini HƏMAS-ı yeni vəhşiliklərə təhrik etməkdə günahlandırıb.
![]() |
İsrail Qəzzada əməliyyatı genişləndirməyə hazırlaşır |
“WP”nin köşə yazarı qeyd edir ki, bu fonda yəhudi dövlətinin hakimiyyət orqanlarında təcrid olunmaq qorxusu artır. Artan təzyiqlər artıq Netanyahunu müəyyən güzəştlərə getməyə məcbur edir.
- Xüsusilə, bu, Qəzzaya əsas humanitar yardımların çatdırılmasının bərpası qərarı ilə bağlıdır. Baş nazirə fələstinlilərə qarşı daha sərt addımlar atmağa çağıran hakim koalisiyadakı ifrat sağçı tərəfdaşlarına təzyiqi artırmaq lazım gəlir. Eyni zamanda, ölkə müxalifətinin nümayəndələri də qeyd edirlər ki, İsrail onilliklər ərzində ilk dəfə özünü təcrid vəziyyətinə sala bilər”, - İşan Tarur bildirib.
Bununla belə, Qətərin “Al-Jazeera” telekanalının yaydığı məlumata əsasən, son iki gündə İsrailin Qəzza anklavının müxtəlif ərazilərini atəşə tutması nəticəsində artıq 85 fələstinli həlak olub.
Xatırladaq ki, mayın 18-də İsrail Qəzzanın şimal və cənubunda “Gideonun döyüş arabaları” adlı yeni genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib. Əməliyyatlarda İsrail ordusunun 5 diviziyası hərəkətə gətirilib. Netanyahu bildirib ki, əməliyyatın məqsədi HƏMAS-ın son məğlubiyyəti və anklavın bütün ərazisi üzərində nəzarətin bərqərar olmasıdır.
Sahil İsgəndərov
AzVision.az