FIFA prezidenti "Qarabağ"ı təbrik edib

FIFA prezidenti "Qarabağ"ı təbrik edib
  21 May 2025    Oxunub:213
FIFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi olan "Qarabağ" klubunu təbrik edib.
AzVision.az xəbər verir ki, funksioner bununla bağlı AFFA prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb.

“Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!

Onların mövsümboyu davamlı səyləri və nəticələri bəhrə verib, bu mühüm titul qazanılıb. Böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.

Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm", - məktubda bildirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti