Mayın 19-da Trampla telefonəlaqəsində Ukrayna, Fransa və Finlandiya prezidentləri, Almaniya kansleri Fridrix Merz, İtaliyanın baş naziri Corca Meloni, habelə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen olublar.
“Liderlərdən bəziləri Vatikanda mümkün danışıqların nəticəsinin qeyd-şərtsiz atəşkəs olmasını zəruri saydıqlarını bildiriblər. ABŞ prezidenti, öz növbəsində, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqların müzakirəsi kontekstində bu terminin “xoşuna gətirmədiyini” söyləyib”, - mənbələrə istinad edən “WSJ” yazır.
![]() |
NYT: “Tramp Ukraynanı satdı” - VİDEO |
Ağ Ev Trampın Putinlə söhbətindən sonra “Truth Social”sosial şəbəkəsindəki paylaşımına istinad edərək qəzetə şərh verməkdən boyun qaçırıb. Bundan əvvəl Tramp sosial şəbəkədə Putinlə mayın 19-da baş tutan iki saatlıq söhbətin “çox yaxşı keçdiyini” vurğulamışdı.
Sahil İsgəndərov
AzVision.az