Axios: "İsrail İranı vuracaq"

"Baş nazir Benyamin Netanyahu gözləyir ki, ABŞ və İran arasında yeni nüvə sazişi imzalanmasın, beləliklə, hərəkətə keçə bilsin: istər ABŞ ilə birlikdə, istərsə də təkbaşına", - sayt yazır.
Maraqlıdır ki, rəsmi Vaşinqton isə İsrailin İrana "ABŞ ilə razılaşdırılmadan" zərbə endirəcəyindən narahatdır. "Axios"a danışan məlumatlı mənbələr vurğulayırlar ki, İsrail Ordusu hərəkətə keçərsə, birdəfəlik hücumla kifayətlənməyəcək, azı bir həftəlik hərbi kampaniya başladacaq.
Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar ötən ayın əvvəlində yenidən başlayıb. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilir. İndiyədək danışıqların dörd mərhələsi baş tutub. Beşinci mərhələ isə sabah Romada başlayacaq.
Firudin Həmidli
AzVision.az
Teqlər: İsrail İran ABŞ nüvə-danışıqları hücum