ABŞ-də təyyarə yaşayış massivinə çırpılıb

ABŞ-də təyyarə yaşayış massivinə çırpılıb
  22 May 2025    Oxunub:233
Kaliforniyanın San Dieqo şəhərində"Cessna" markalı təyyarə yaşayış massivinin ortasına düşüb.
AzVision.az xəbər verir ki, bu barədə “Metro” qəzeti yazır.

İlkin məlumata görə, fəlakət nəticəsində 15 evə ziyan dəyib. Təyyarə qəzaya uğradıqdan sonra bir neçə avtomobil yanıb, lakin yanğın tez bir zamanda söndürülüb. Yerli sakinlər təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti