Elm və təhsil naziri İSESKO-nun baş direktoru ilə görüşüb

   Elm və təhsil naziri İSESKO-nun baş direktoru ilə görüşüb
  22 May 2025    Oxunub:282
21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin əməkdaşlıq görüşləri davam edir.
Nazirlikdən verilən məlumata görə nümayəndə heyəti İSESKO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik və Təhsil sektorunun rəhbəri Haddy Jatou Sey ilə görüşüb.

Görüşdə elm və təhsil sahələrində mövcud əməkdaşlıq məsələləri müzakirə olunub, bu istiqamətlərdə birgə təşəbbüslərin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti