Müstəntiqlərin dediyinə görə, Elias Rodriqes mayın 20-də Çikaqodan Vaşinqtona uçub və yoxlanaılan baqajında odlu silahın olduğunu bəyan edib. Rodriqes muzey tədbirinə bileti tədbirin başlamasından cəmi üç saat əvvəl aldığını bildirib.
“NBC News” xəbər verir ki, qatil mayın 22-də ağ həbsxana kostyumunda və eynək taxaraq federal hakim qarşısına çıxıb. İttihamlar oxunarkən o, sakit olub.
“Şübhəli şəxs birinci dərəcəli qətldə (iki epizod) ittiham edilir ki, bura həm də xarici məmurların öldürülməsi, odlu silahla bir adamın ölümünə səbəb olması və cinayət törədərkən odlu silahdan istifadə ittihamları da var. İttihamlardan ən azı biri üzrə ölüm hökmü də nəzərdə tutulur”, - telekanalın məlumatında bildirilir.
Video-kameraların yazılarının araşdırılması zamanı, mavi başlıqlı pencək geyinmiş və əlində böyük tünd çiyin çantası olan silahlı bir kişinin muzeyin qarşısında dayanan kişi və qadının yanından keçdiyi görünür.
- Onların yanından keçərkən Rodriqes kəmərindən tapançanı çıxararaq bu şəxslərə “bir neçə dəfə” atəş açıb. Onlar yerə yıxılanda isə əyilib “daha bir neçə dəfə” atəş açıb. Qadın sürünərək uzaqlaşmaq istəyəndə silahlı şəxs onun arxasınca gəlib və silahını işə salıb, sonra yenidən doldurub bir neçə dəfə atəş açıb”, - məhkəmə sənədlərində deyilir.
![]() |
Amerika faciəsi: İsrail səfirliyinin iki əməkdaşı öldürüldü | VİDEO |
Xatırladaq ki, İsrail səfirliyinin iki əməkdaşı mayın 21-də axşam saatlarında Vaşinqton şəhərinin mərkəzindəki Yəhudi Muzeyinin qarşısında güllələniblər. Hücum edən 30 yaşlı Çikaqo sakini Elias Rodriqes atışmadan əvvəl “Fələstinə azadlıq” şüarını səsləndirib.
Hüquq-mühafizə orqanlarının nümayəndələrinin sözlərinə görə, zabitlər hadisə yerinə gələndə Rodriges onlara deyib: “Mən bunu Fələstin üçün etmişəm, Qəzza üçün etmişəm, mən silahsızam”.
Sahil İsgəndərov
AzVision.az