Rusiya-Ukrayna danışıqlarının 2-ci raundu nə vaxt keçiriləcək? - VİDEO

   Rusiya-Ukrayna danışıqlarının 2-ci raundu nə vaxt keçiriləcək?    - VİDEO
  23 May 2025    Oxunub:378
Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu mayın sonunda baş tuta bilər, lakin bu, Moskvanın Vatikanı vasitəçi kimi görmək istəyindən asılıdır.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyi belə məlumat yayıb.

“Avropalı məmurlar Vatikanın danışıqlarda potensial ev sahibi və ya vasitəçi rolu ilə bağlı müzakirələrin aparıldığını deyirlər. Danışıqlar gələn həftə baş tuta bilər, hərçənd, bu, Rusiyanın iştirak etmək istəyindən asılıdır”, - agentlik bildirir.

ABŞ-Rusiya sammiti nə vaxt olacaq? - VİDEO
Materialda qeyd olunur ki, Rusiya Vatikanı Ukrayna üzrə danışıqlar prosesinə cəlb etməkdə maraqlı deyil. Moskva nümayəndə heyətlərinin ötən həftə İstanbulda başlayan görüşlərini davam etdirməyə üstünlük verir.

- Rusiya rəsmilərinin prezident Vladimir Putinin Vatikana və ya “hazırda danışıqlar üçün başqa yerə” getməsi barədə planları yoxdur. Bunun əvəzində Moskva mayın 16-da İstanbulda baş tutan texniki danışıqları davam etdirməyə fokuslanıb”, - agentlik vurğulayır.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov “TASS” agentliyinə müsahibəsində Tramp-Putin görüşü üçün Vatikanın seçilməsi ehtimalı ilə bağlı sualın cavabında sammitin vaxtı barədə danışmağın hələ tez olduğunu bildirib.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   danışıqlar  





Xəbər lenti