Trampla Rubionun fərqli mövqeləri - VİDEO

   Trampla Rubionun fərqli mövqeləri    - VİDEO
  23 May 2025    Oxunub:351
ABŞ-nin Dövlət katibi Marko Rubio Rusiyaya qarşı “demək olar ki, hər gün” yeni sanksiyaların mümkünlüyünü xatırladır, lakin prezident Donald Tramp bu varianta şübhə ilə yanaşır.
AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Marko Rubioya yaxın olan məbəyə istinade dən “New Lines” jurnalı belə məlumat yayıb.

Bununla belə, prezident Donald Tramp ABŞ-nin Rusiyaya qarşı əlavə sanksiyaları tətbiq etməsi məsələsində “könülsüz şəkildə irəliləyir”.

Bloomberg: "Avropa məyusdur, Putin isə vaxt udur"
Bundan əvvəl “Bloomberg” agentliyi və Böyük Britaniyanın “The Guardian” qəzeti Vladimir Putinlə iki saatlıq telefon danışığından sonra Donald Trampın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməkdən imtina etdiyini, avropalı siyasətçilərin planlarına zərbə vurduğunu yazmışdılar.

Belə ki, Avropa liderləri ABŞ-nin Moskvaya təzyiqlərini artıracağına ümid edirdilər, amma bunun əvəzinə Tramp Rusiya ilə ticarət əlaqələrinin bərpası perspektivlərindən danışdı. Bu, Aİ-də çaşqınlıq yaradıb və onlarda Vaşinqtonun sanksiyaları yumşaltmasının blokun birliyinə xələl gətirəcəyi ilə bağlı qorxular yaradıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Robio   fərq  





Xəbər lenti