Ölkələrinə qayıdan suriyalıların sayı açıqlanıb

   Ölkələrinə qayıdan suriyalıların sayı açıqlanıb
  23 May 2025    Oxunub:366
2024-cü il dekabrın 8-də Bəşər Əsəd rejiminin müxalif qüvvələr devrilməsindən bəri qonşu ölkələrdən 1,5 milyon məcburi köçkün suriya öz vətənlərinə qayıdıb.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisini (UNOCHA) əməliyyatlar və müdafiə departamentinin direktoru Edem Vosornu məlumat verib. O, BMT-nin Cenevrədəki ofisinin həftəlik mətbuat konfransında danışıb. Xanım direktor, eyni zamanda, vurğulayıb ki, Suriyada 16,5 milyon insanın humanitar yardıma və müdafiəyə ehtiyacı var.

"Artan çətinliklərə baxmayaraq, humanitar əməliyyatlarımız dayandırılmayıb. BMT tərəfdaşları ilə birlikdən Suriada hər ay təqribən 2,4 milyon insana humanitar yardım çatdırırr. Ümidvarıq ki, ABŞ-nin və Avropa İttifaqının Suriyaya qarşı sanksiyaların ləğvi barədə qərarları ölkədə rifah və inkişafa töhfə verəcək", - xanım Vosornu bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Suriya   məcburi-köçkün   qayıdış  





Xəbər lenti