DMX əcnəbilərlə bağlı hesabat verib

Məlumata əsasən, müraciətlərdən 24 min 67-si əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı olub.
Bununla yanaşı, müraciətlərdən 6 min 825-i Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması, 1572-si Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi, 1270-si isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı olub.
Vətəndaşlıq məsələləri ilə bağlı müraciət sayı isə 233 təşkil edib.
AzVision.az
Teqlər: