Qarabağ atları Əminə Ərdoğanı kövrəltdi

   Qarabağ atları Əminə Ərdoğanı kövrəltdi
  25 May 2025    Oxunub:428
"VII Etnoidman Mədəniyyət Festivalında Qarabağ atlarının qəlblərə toxunan bənzərsiz çıxışı… Bir millətin mədəniyyəti bu gün digərinin qəlbində əks-səda doğurdu. “Bir millət, iki dövlət” - mədəniyyətdə, qəlbdə və gələcəkdə daim bir, bütöv".
Bu sözləri Türkiyə Prezidentinin həyat yoldaşı Əminə Ərdoğan VII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan nümayəndə heyətinin təqdimatındakı möhtəşəm "Zəfər" şou-kompozisiyasını izlədikdən sonra sosial media hesabında etdiyi paylaşımda bildirib.

Paylaşımda, həmçinin Azərbaycan və Türkiyə bayraqları yer alıb.


Teqlər: Türkiyə   Qarabağ-atları  





Xəbər lenti