Dövlət başçısı: "Azərbaycan islamofobiyadan əziyyət çəkən ölkələrdən biridir"

      Dövlət başçısı:    "Azərbaycan islamofobiyadan əziyyət çəkən ölkələrdən biridir"
  26 May 2025    Oxunub:696
Azərbaycan islamofobiya ilə üzləşmiş və bu gün də ondan əziyyət çəkən ölkələrdən biridir.
Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

Azərbaycan Prezidenti qeyd edib ki, torpaqlarımızın otuz illik işğalı dövründə xalqımıza qarşı Xocalı soyqırımı törədilmiş, etnik təmizləmə aparılmış və bunun nəticəsi olaraq bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə salınıb. Ərazilərimizdə milyona yaxın mina basdırılıb, urbisid, kultursid və ekosid cinayətləri törədilib. Ancaq, əfsuslar olsun ki, Qərbdə bəzi dairələr sırf dini təəssübkeşlik və islamofob mövqedən çıxış edərək Ermənistan tərəfindən torpaqlarımızın işğalına göz yummuş, münaqişənin əsl mahiyyətini təhrif etmiş, onu dini zəmində münaqişə kimi təqdim etməyə çalışmışlar.

“İşğal dövründə bəşəri əhəmiyyətə malik çoxəsrlik tarixi-mədəni abidələrimiz, o cümlədən İslam dininə aid abidələr, ziyarətgahlar, məscidlər, türbələr, məzarlıqlar dağıdılmış, təhqir edilmiş, yerlə-yeksan edilmişdir. Bir sıra mədəni irs obyektləri qarət edilmiş, onların təyinatı dəyişdirilmiş, mənsubiyyəti saxtalaşdırılmışdır. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dağıdılmış məscidlərimiz və dini abidələrimiz bərpa edilir, yeniləri inşa edilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti