CityNet yeni nəsil TV platformasını təqdim edib

CityNet TV “BluTV”, “Setanta Sports”, “Dizi Channel”, “FilmBox” kimi premium kanalları izləmə imkanı təqdim edir. Bundan əlavə, istifadəçilər platforma üzərindən “YouTube”, “Netflix”, “Amazon Prime”, “Spotify” kimi məşhur tətbiqlərə də rahatlıqla baxa bilərlər.
İstifadəçilər CityNet TV xidmətindən müxtəlif rahat üsullarla yararlana bilərlər. Tətbiqi “App Store” və “Google Play” üzərindən müxtəlif cihazlara yükləmək, Smart TV-lərdə birbaşa izləmək mümkündür. Təqdim olunan kontentə həm kabelli, həm də Wi-Fi bağlantılı STB (Set-Top Box) vasitəsilə televizorda baxmaq imkanı da mövcuddur.
Daima öz abunəçilərini düşünən CityNet yaxın zamanda TV platformasında istifadəçilərə bir sıra yeniliklər təqdim edəcək.
CityNet yüksəksürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Qoşulma və ya ətraflı məlumat üçün www.citynet.az saytına keçid edə və ya *1177 ilə əlaqə saxlaya bilərsiniz.
AzVision.az
Teqlər: