İsrail HƏMAS-la yeni saziş üzrə razılığa gəlib

  İsrail HƏMAS-la yeni saziş üzrə razılığa gəlib
  26 May 2025    Oxunub:849
"İsrail ilə Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı Qəzza zolağında atəşkəs və əsirlərin mübadiləsi üçün yeni saziş layihəsi üzrə prinsip etibarilə razılığa gəlib".
Bu barədə Livanın "Al-Mayadeen" telekanalı Fələstin Muxtariyyətinin adı çəkilməyən rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Hərçənd İsrail tərəfi xəbərlə əlaqədar hər hansı təsdiq verilməyib.

Telekanalın məlumatına görə, yeni atəşkəs layihəsi 70 günlük müddəti nəzərdə tutur ki, bu müddət ərzində 10 əsirin (beşi sağ, beşi ölü) iki mərhələdə azadlığa buraxılması planlaşdırılır. Layihədə həmçinin müharibəyə başa çatdırılması ilə əlaqədar danışıqların atəşkəs dövründə aparılması şərti qoyulur.

Məlumat üçün bildirək ki, HƏMAS hazırda Qəzza zolağında 58 nəfəri əsir saxlayır.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   HƏMAS   atəşkəs   danışıqlar  





Xəbər lenti