“ASAN Könüllülərinin Diskussiya Platforması” davam edir - FOTOLAR

   “ASAN Könüllülərinin Diskussiya Platforması” davam edir -    FOTOLAR
  26 May 2025    Oxunub:664
“ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsi çərçivəsində növbəti görüşlər baş tutub.
AzVision.az xəbər verir ki, sözügedən görüşlər Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə və bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə keçirilib.



“Uğurlu peşə seçimi” mövzusunda Məleykə Abbaszadə ilə reallaşdırılan görüşdə gənclərlə peşə yönümündə doğru qərarların verilməsi, şəxsi potensialın düzgün istiqamətdə inkişaf etdirilməsi ilə bağlı fikirlər bölüşülüb. O, peşə seçiminin təkcə akademik göstəricilər deyil, eyni zamanda maraq və bacarıqlara əsasən edilməsinin vacibliyini vurğulayıb.



“Karyera yolunda seçimlər və fürsətlər” mövzusunda Bəxtiyar Aslanbəyli ilə keçirilən görüşdə isə qonaq şəxsi təcrübəsi, iş dünyasında qazandığı uğurlar barədə fikirlərini bölüşüb. O, gənclərə məqsədli olmağın, daim öyrənməyin və çevik düşüncənin əhəmiyyətini diqqətə çatdırıb.



Hər iki görüş interaktiv şəkildə keçirilib və könüllülərin çoxsaylı sualları cavablandırılıb.





“ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsinin əsas məqsədi gənclərin ictimai müzakirələrdə iştirakçılığının artırılması, rəy və təkliflərinin dinlənilməsidir. Bu çərçivədə müxtəlif mövzularda təşkil olunan görüşlər gənclərin bilik və dünyagörüşünü artırmaqla yanaşı, onları maraqlandıran məsələlərin operativ və çevik şəkildə müzakirəsinə imkan verir.

AzVision.az



Teqlər:





Xəbər lenti