Suriyada ələvilərə hücum olub

   Suriyada ələvilərə hücum olub
  27 May 2025    Oxunub:542
Suriyanın Latakiya şəhərinin şimalında yerləşən Maşkita kəndinin sakinlərinə naməlum silahlıların hücumu nəticəsində azı 5 nəfər həlak olub.
AzVision.az “Sham TV” telekanalına istinadən xəbər verir ki, hücum zamanı daha 3 dinc sakin yaralanıb.
Latakiya əyalətində yerləşən Maşkita kəndində əsasən Suriyanın keçmiş lideri Bəşər Əsədin ailəsinin mənsub olduğu ələvilər dini azlığı yaşayır.

Əsədin tərəfdarları üsyan qaldırıblar - VIDEO
Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Höms əyalətlərində Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələri ilə eks-prezidentin tərəfdarları arasında toqquşmalar başlayıb.

Ən şiddətli döyüşlər ələvilərin çoxluq təşkil etdiyi Cebla şəhərində baş verib. Bir neçə gün davam edən hərbi qarşıdurmalar nəticəsində 1500-ə yaxın insan həlak olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Suriya   ələvilər  





Xəbər lenti