“Məhdudiyyətlər, həyata keçirilsə, yeni bank sanksiyalarını əhatə etməyəcək. Lakin Rusiya lideri Vladimir Putinə danışıqlar masası arxasında güzəştə getməsi, o cümlədən Moskvanın ardıcıl şəkildə rədd etdiyi 30 günlük atəşkəsə razılıq verməsi üçün təzyiq göstərməyin digər variantları müzakirə olunur”, - qəzet yazır.
Xatırladaq ki, həftəsonu Rusiyanın Ukraynaya kütləvi zərbələrindən sonra Tramp Moskvaya qarşı sanksiyaları nəzərdən keçirdiyini bildirib. Daha sonra o, Putini yenidən sərt şəkildə tənqid edərək, Rusiya liderinin “tamamilə ağlını itirdiyini” və Ukraynada “lazımsız olaraq çoxlu insanı öldürdüyünü” düşündüyünü deyib.
- Mən həmişə demişəm ki, o, Ukraynanaın təkcə bir hissəsini deyil, hamısını istəyir və bəlkə də bu doğrudur. Amma bunu əldə etsə, bu, Rusiyanın süqutuna səbəb olacaq!” – Amerika lideri deyib.
![]() |
Tramp Putini qınayıb və yeni sanksiyalarla hədələyib - VİDEO |
“Prezident Tramp danışıqlar yolu ilə sülh sazişi görmək istədiyini açıq şəkildə bildirib”, - Ağ Evin mətbuat katibi Kerolayn Livitt, Öz növbəsində, “WSJ”yə açıqlamasında vurğulayıb.
Daha əvvəl Vaşinqtonun danışıqlardan çıxa biləcəyi barədə “The New York Times (NYT)” qəzeti yazmışdı. Lakin nəşrin mənbələrinin dediyinə görə, Tramp Avropa liderlərinə Moskvaya qarşı sanksiyaların tətbiqi təzyiqlərini artırmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib.
Trampın bir gün əvvəl Putin haqqında söylədiyi sərt sözlərə cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-yə vasitəçilik səylərinə görə təşəkkür edib.
- Bu, tamamilə hər kəs üçün həddən artıq emosional yüklənmə və emosional reaksiyalarla əlaqəli çox vacib bir məqamdır. Biz bütün reaksiyaları diqqətlə izləyirik”, - Kremlin sözçüsü söyləyib.
Sahil İsgəndərov
AzVision.az