3+3 platformasının növbəti görüşü İrəvanda keçirilə bilər

   3+3 platformasının növbəti görüşü İrəvanda keçirilə bilər
  27 May 2025    Oxunub:448
Ermənistan Cənubi Qafqazın üç ölkəsi (Azərbaycan, Ermənistan, Gürcüstan) və üç regional gücün (Rusiya, Türkiyə, İran) iştirakı ilə"3+3" formatında növbəti nazirlər görüşünün İrəvanda keçirilməsinə hazırdır.
Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanır ki, rəsmi İrəvan platformanın hələ 2024-cü il oktyabrın 18-də İstanbulda keçirilən iclasında bu niyyətini açıqlamışdı.

"Görüşün vaxtı və yeri dəqiqləşdiriləndə ictimaiyyətə məlumat veriləcək", – bəyanatda bildirilir.
Lavrov: "Bakı və İrəvana uğurlar arzulayırıq"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da ötən günlərdə erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında diqqətə çatdırıb ki, Cənubi Qafqaz məsələləri üzrə "3+3" formatında növbəti görüş hazırlıq mərhələsindədir. Onun sözlərinə görə, Moskva bu görüşün Bakıda və ya İrəvanda keçirilməsi təklifini irəli sürür.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Cənubi-Qafqaz   platforma   danışıqlar  





Xəbər lenti