Almaniya XİN-nin sənədind Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Şurasının mayın 20-də Brüsseldə keçirilmiş iclasına istinad olunur. İclasda Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sallivan anti-Rusiya sanksiyalarından yayınma ilə mübarizə üzrə fəaliyyətlərin “transatlantik koordinasiyasına” tam dayandırıldığını elan edib.
“Bu məsələdə artıq ABŞ ilə birgə iş aparılmır. Bundan əlavə, Yeddilik Qrupu (G7) çərçivəsində kooperasiya da sürətini itirib”, - avropalı məmur vurğulayıb.
Keçən il Avropa Komissiyasının (AK) təmsilçisi Daniel Ferri Aİ-nin Rusiya əleyhinə sanksiyalardan yayınma ilə mübarizədə irəliləyişlərə nail olduğunun bildirmişdi. Onun sözlərinə görə, üçüncü ölkələr Ukraynada hərbi əməliyyatlarda istifadə oluna biləcək bir sıra malların təkrar ixracının qarşısını almaq üçün müsbət tədbirlər görür.
Eyni zamanda, bu məsələdə müsbət irəliləyişlərə baxmayaraq, anti-Rusiya sanksiyalarından yayınma hallarının reallıq kimi qaldığını bildirən Ferri, Qərb ölkələrini Rusiyaya qarşı sanksiyalara əməl olunmasını davam etdirməyə çağırıb.
Sahil İsgəndərov
AzVision.az