Təşkilatın məlumatına görə, martın 18-dən bəri təqribən 616 min qəzzalı öz yurd-yuvasından didərgin düşüb.
"Əvvəlki atəşkəs dövründə yarım milyon məcburi köçkün öz evlərinə qayıda bilsə də, hazırda bu proses dayanıb. Humanitar yardım blokadası fonunda sakinlər getdikcə daha çox qidaya, sığınacağa və ya müdafiəyə ehtityac duyurlar", - bəyanatda bildirilib.
![]() |
İngilis həkim: "Qəzzada uşaqlar tibbi yardımdan məhrum qalıblar" | VİDEO |
Xatırladaq ki, İsrail ilə Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı arasında əsir mübadiləsi üzrə yaranan narazılığa görə Qəzza zolağına humanitar yardımın keçidi, təqribən iki aydır ki, məhdudlaşdırılıb. Yalnız dünən yardım gətirən beş yük maşınının Qəzzaya girişinə icazə verilib.
Firudin Həmidli
AzVision.az