Simonyan: “İlham Əliyev düz deyir”

   Simonyan: “İlham Əliyev düz deyir”
  27 May 2025    Oxunub:508
Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycanla bağlı açıqlamalarını jurnalistlərə şərh edib.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, Alen Simonyan Azərbaycan Prezidentinin bu bəyanatlarını nomal hal kimi qiymətləndirib.

“Bi onlara (Azərbaycana – red. ) qarşı ərazi iddiaları irəli sürürük. Biz bunu görmürük, amma Azərbaycanın atdığı addımların cavabında qəzəblənirik: “Gör nə edirlər?”. Əliyev güzgü effektli cavab verir və onun fikrincə, bizim ona qarşı etdiyimizi də edir”, - Ermənistan parlamentinin spikeri deyib.

Simonyan erməniləri reallıqda yaşamağa və Ermənistanı dünya ilə əlaqəsi kəsilmiş bir ərazi kimi qəbul etməməyə çağırıb.

- Öz dünyanızda yaşamağı dayandırın. Özünüzü elə göstərməyin ki, tarix dərsliyinə malik yeganə Ermənistan var, qalanları isə əhəmiyyətsiz xalqlardır, çünki biz ermənilərdə düdük olanda, ərik yetişdirəndə başqa millətlər ağaclarda yaşayırdı. Belə yanaşmadan əl çəkin, Ermənistan Respublikasını və onun gələcəyini məhv etməyin. Səhv edirsiniz. Bunu başa düşün”, - Simonyan erməni etnofundamentalistlərini ayılmağa çağırıb.

Ermənistan “çəkiclə zindan arasında” manevr etmək istəyir
Onun sözlərinə görə, hakimiyyət bir yerə yığılıb qeybət etməklə yox, siyasətlə məşğuldur. Sülh müqaviləsi bağlananda ermənilər Bakıda yaşaya biləcəklər. Qalanları Ermənistanda vaxtilə yaşadıqları kəndlərə qayıda biləcəklər. Ermənilər indi Gürcüstanda yaşadıqları məntiqlə də Azərbaycanda yaşayacaqlar.

Alen Simonyanın fikrincə, sülh müqaviləsinin imzalanmasından beş dəqiqə sonra Ermənistan və Azərbaycan vətəndaşları bir-biri ilə ticarətə başlayacaq və bütün mümkün vasitələrlə əlaqə saxlayacaqlar.

Xatırladaq ki, Alen Simonyan jurnalistlərlə bugünkü görüşündə Ernənistanın Rusiya, Fransa və ABŞ ilə münasibətləri inkişaf etdirməklə balanslaşdırılmış xarici siyasət qurmaq niyyətində olduğunu söyləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Əliyev   Simonyan  





Xəbər lenti