Laçının kəndləri yenidən qurulacaq

   Laçının kəndləri yenidən qurulacaq
  28 May 2025    Oxunub:618
"Gələcək perspektivdə Laçının Qorçu qəsəbəsi, Ərikli, Pircahan, Şəlvən və Güləbird kəndləri də dövlətdaxili prosedurdadır".
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev məlumat verib:

"Artıq layihələndirmə prosesi başlayıb. Güləbird ərazisində Zabuxçay adını daşıyan təxminən 39 milyon kub su tutumu olan su anbarı da mövcuddur. Bu təsərrüfat üçün istifadə olunacaq. Bu su anbarından Şərqi Zəngəzura və Qarabağa bağlı olan rayonların suvarılması üçün istifadə olunacaq. Bu su anbarının eyni zamanda Dövlət Su Ehtiyatları Agentliyi ilə birgə içməli su rezervinə çevrilməsi imkanlarına baxılacaq. Eyni zamanda, Həkəri Su Anbarının da tikintisi planlaşdırılır, bu içməli suya xidmət edəcək".

AzVision.az


Teqlər: Laçın   kəndlər   yenidənqurma  





Xəbər lenti