Azərbaycan-Pakistan 11-ci İşçi Qrupu Səviyyəli Görüşü keçirilib

Azərbaycan-Pakistan 11-ci İşçi Qrupu Səviyyəli Görüşü keçirilib
  28 May 2025    Oxunub:607
İslamabad şəhərində Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı arasında 11-ci İşçi Qrupu Səviyyəli Görüşü keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələri Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi ilə görüşüb.

Görüşdə hər iki ölkənin müdafiə qurumları arasında hərbi, hərbi-texniki əməkdaşlığın mövcud vəziyyət və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Tərəflər əməkdaşlığın genişləndirilməsi və daha da dərinləşdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıblar.

Görüşün yekununda "11-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu" imzalanıb.

AzVision.az


Teqlər: Azərbaycan   Pakistan   görüş  





Xəbər lenti