Rusiya genişmiqyaslı hava hücumuna məruz qalıb - VIDEO

   Rusiya genişmiqyaslı hava hücumuna məruz qalıb    - VIDEO
  28 May 2025    Oxunub:609
Mayın 28-nə keçən gecə Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 296 təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib və ələ keçirib.
AzVision.az Rusiyanın Müdafiə nazirliyinin məlumatına istinadən xəbər verir ki, hücumlar ölkənin 13 vilayətinin, o cümlədən Moskva, Bryansk, Belqorod, Vladimir, Voronej, İvanovo, Kaluqa, Kursk, Oryol, Ryazan, Smolensk, Tver və Tula vilayətlərinin ərazilərində qeydə alınıb. Moskva vilayəti üzərində 40 ədəd PUA vurulub.

Zərbələr nəticəsində bir sıra infrastruktur obyektlərinə ziyan dəyib. Moskva vilayətinin Dubna şəhərində PUA-lar dron istehsal edən zavoda hücum edib. Zelenoqradda “Elma” texnoparkının binası vurulub. Çexov şəhər dairəsinin Troitskoye kəndində üç yaşayış binasına ziyan dəyib, lakin fövqəladə hallar xidmətinin vurğuladığı kimi, yerli sakinlər arasında xəsarət alan yoxdur.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   PUA-lar   hücum  





Xəbər lenti