Zakir Həsənov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

Zakir Həsənov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
  28 May 2025    Oxunub:647
Mayın 28-də Laçın şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munir ilə görüşüb.
AzVision.az Müdafiə nazirliyinin məlumatına istinadən xəbər verir ki, pakistanlı qonağı ölkəmizdə görməkdən məmnun olduğunu bildirən nazir onu “feldmarşal” ali hərbi rütbəsi alması münasibətilə təbrik edib.

General-polkovnik Zakir Həsənov dost və qardaş ölkə Pakistanla əlaqələrin digər sahələrdə olduğu kimi hərbi sahədə də genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən feldmarşal Asim Munir hərbi əlaqələrimizin inkişafı məqsədilə qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.


Tərəflər Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən müasir texnoloji yeniliklərin tətbiqi ilə birgə təlimlərin intensivliyinin artırılmasına dair fikir mübadiləsi aparıb, həmçinin maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

AzVision.az


Teqlər: Azərbaycan   Pakistan  





Xəbər lenti